"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi bəlli olub.
İdman.biz xəbər verir ki, Azərbaycan çempionu "Şkendiya" (Şimali Makedoniya) klubu ilə qarşılaşacaq.
Şimali makedoniyalılar II təsnifat mərhələsindən gülü FCSB-ni mübarizədən kənarlaşdırıblar. "Şkendiya" hər iki oyunda güclü rəqibini məğlub edərək, sürprizə imza atıb (1:0, 2:1).
Şimali Makedoniya çempionu turnirə ilk mərhələdən start verib və TNS (Uels) komandası əlavə vaxtda mübarizədən kənarlaşdırıb. Komandalar arasında ilk oyun 0:0, cavab matçı isə 2:1 hesabı ilə başa çatıb.
"Qarabağ"la "Şkendiya" arasında ilk oyunl avqustun 5-6-da səfərdə, cavab matçı isə 12-də Bakıda olacaq.
Qeyd edək ki, II təsnifat mərhələsindən mübarizəyə qoşulan "Qarabağ" hər iki oyunda "Şelburn"dan güclü olub (3:0, 1:0).
İdman.biz