AZ

"Qarabağ"ın gücünü bilirdik - Obrayn

İstədiyimiz nəticə olmadı. Rəqibin gücünü bilirdik.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri İrlandiyanın “Şelburn” komandasının baş məşqçisi Coy Obrayn UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda “Qarabağ”a 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, "Qarabağ"ı növbəti mərhələ münasibətilə təbrik edib:

“Stadionda isə əla atmosfer var idi. Burada oynamaq bizə çətin oldu. Bugünkü matça yaxşı hazırlaşmışdıq. Hesabı bərabərləşdirmək üçün imkanlarımız yaranıb:

“Qarabağ” yaxşı komandadır. Onların Avropa səhnəsində böyük təcrübəsi var. Gələcək görüşlərdə uğurlar arzulayıram”.

Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən rəqibini 4:0 hesabı ilə üstələyən Ağdam klubu III təsnifat mərhələsinə vəsiqə qazanıb.

Seçilən
92
1
bakivaxti.az

10Mənbələr