İtaliyanın “Komо” klubu hücum yarımmüdafiəçisi Nikolas Pasın bütün hüquqlarını tam şəkildə almağa qərar verib.
90deqiqe.Az-ın məlumatına görə, “Komо” bütün məhdudiyyətlərdən azad olmaq və 20 yaşlı oyunçunun hüquqlarını tam şəkildə əldə etmək niyyətindədir. Bu istiqamətdə işlər artıq başlanıb. Təbii ki, “Real” bu əməliyyat qarşılığında yüksək kompensasiya tələb edəcək.
Hazırda argentinalı futbolçu həm “Komо”, həm də “Real” klubunun ortaq mülkiyyətindədir – “Kral klubu” gənc oyunçunun gələcək transferindən 50% pay alır və onun hüquqlarını ilkin almaq imtiyazına malikdir.
Nikolas Pas 2023-cü ilin avqust ayında “Real”dan “Komо”ya keçib. Transfermarkt portalı onun bazar dəyərini 35 milyon avro qiymətləndirir.