AZ

ÇL-da sensasiya: "Qarabağ"ın rəqibi FCSB olmadı...

"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi bəlli olub.

Axar.az xəbər verir ki, bu, Şimali Makedoniya təmsilçisi “Şkendiya” komandası olub.

Öz meydanda Rumıniyanın FCSB kollektivinə 1:0 hesabı ilə qalib gələn “Şkendiya” səfərdə də gözlənilmədən rəqibini 2-1 məğlub edib. Bununla “Şkendiya” III təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olub.

Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən rəqibini 4:0 hesabı ilə üstələyən Ağdam klubu III təsnifat mərhələsinə vəsiqə qazanıb.

Seçilən
23
1
axar.az

2Mənbələr