Demokrat.az xəbər verir ki, bu barədə Amerika tənzimləyicisinin saytında məlumat yer alıb. Tənzimləyici illik faiz dərəcəsini 4,25-4,50% səviyyəsində saxlayıb.
Qərar Federal Açıq Bazar Əməliyyatları Komitəsi (FOMC) tərəfindən 9-2 səslə qəbul edilib. Fed üzvləri Kristofer Uoller və Mişel Bouman uçot dərəcəsinin hazırkı səviyyədə saxlanmasının əleyhinə səs veriblər.
Qərarda 2025-ci ilin birinci yarısında mülayim iqtisadi artım tendensiyası vurğulanıb. Tənzimləyici vurğulayıb ki, son göstəricilər iqtisadi aktivliyin daha yavaş artdığını göstərir.
Həmçinin inflyasiyanın hələ də hədəfdən yüksək olduğu, işsizlik səviyyəsinin aşağı səviyyədə qaldığı və əmək bazarı şəraitinin güclü qaldığı bildirilib.
6Mənbələr
-
konkret.azFED faiz dərəcəsini açıqladı ( 19879838)
-
milli.azFED faiz dərəcəsini açıqladı ( 19877501)
-
cebheinfo.azFED faiz dərəcəsini açıqladı ( 19875611)
-
demokrat.azFED faiz dərəcəsini açıqladı ( 19874030)
-
sfera.azFED faiz dərəcəsini açıqladı ( 19873901)
-
qafqazinfo.azFED faiz dərəcəsini açıqladı ( 19873634)