AZ

Bu məşhur xərçəngin qurbanı oldu

Britaniyanın məşhur qrupu “Iron Maiden”in ilk solisti Pol Mario Day vəfat edib.

Viral.az xəbər verir ki, o, iyulun 29-da Avstraliyadakı evində 69 yaşında dünyasını dəyişib. Rokçu uzun müddətdir xərçənglə mübarizə aparırdı. 

Qeyd edək ki, Day 1975-ci ilin dekabrında sözügedən qrupun ilk vokalisti olub. O zaman musiqiçinin 19 yaşı var idi. Sənətçi qrupun 1976-cı il mayın 1-də Londonda keçirilən ilk konsertində iştirak edib. Bir neçə ay sonra Day qrupdan ayrılıb. O, daha sonra “More” qrupunu yaradıb.(axşam.az)

Son Yazılar:

Seçilən
22
1
viral.az

2Mənbələr