AZ

Çempionlar Liqası: “Qarabağ”ın növbəti mərhələdəki rəqibi dəqiqləşib

Bakı, 30 iyul, AZƏRTAC

“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi bəlli olub.

AZƏRTAC xəbər verir ki, Ağdam klubu növbəti raundda Şimali Makedoniyanın “Şkendiya” komandası ilə qarşılaşacaq.

Tetovo təmsilçisi II təsnifat mərhələsində Rumıniyanın FCSB klubunu mübarizədən kənarlaşdırıb. Şimali Makedoniyadakı ilk matçda rəqibini minimal hesabla üstələyən “Şkendiya” cavab görüşündə də qələbə qazanıb - 2:1.

Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları avqustun 5-6-da keçiriləcək.

Seçilən
15
6
azertag.az

7Mənbələr