Bakı, 30 iyul, AZƏRTAC
“Çox yaxşı oyun oldu”.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun prezidenti Tahir Gözəl UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanmaları barədə jurnalistlərə açıqlamasında deyib.
O, komandasının layiqli qələbə qazandığını söyləyib: “Təmiz qələbə oldu. Əsas odur ki, futbolçularımız zədələnmədi. Yeni transferlər özlərini yaxşı tərəfdən göstərdilər. Daha iki transferimiz olacaq. İnanıram ki, qrup mərhələsinə vəsiqə qazanacağıq”.
Qeyd edək ki, “Qarabağ” III təsnifat mərhələsində “Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütünün qalibi ilə qarşılaşacaq.