Bakı, 30 iyul, AZƏRTAC
Azərbaycanda ali məktəblərə qəbul ola bilməyən abituriyentlərin bir çoxu son şans olaraq xarici universitetlərə müraciət edirlər. Lakin bəzi xarici universitetlərin diplomları ölkəmizdə tanınmır. Nəticədə belə universitetlərə qəbul olan şəxslər həm pulunu itirir, həm də vaxtını. Xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınması Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir. Agentliyin şöbə müdiri Rövşən Nəzərovun sözlərinə görə, abituriyentlər attestatla xaricdə ali təhsil almaq məqsədilə şirkətlərə müraciət edərkən bir neçə məqama diqqət etməlidirlər.
Daha ətraflı AZƏRTAC-ın videosüjetində