AZ

Dünyanı silkələyən iddia: FTB minlərlə sənədin məhv edilməsinə mane olub

ABŞ-də gündəmə düşən məlumata görə, Federal Təhqiqat Bürosunun (FTB) direktoru Kaş Patel, Rusiya hökumətinin 2016-cı il prezident seçkilərində Donald Trampı dəstəklədiyi iddiaları ilə bağlı minlərlə mühüm sənədin məhv edilməyə çalışıldığını aşkar edib.

"Fox News"un məlumatına əsasən, bu sənədlər FTB daxilində məxfi sənədlərin məhv edildiyi xüsusi otaqda, bir neçə torbada tapılıb. Onlardan biri, xüsusi prokuror Con Dörhemin Rusiya araşdırması üzrə araşdırdığı gizli hesabat olub.

Mənbələr bildirir ki, bu sənədlər 2016-cı ildə Trampın Rusiya ilə əlaqəsi olduğu yönündə irəli sürülən iddiaların ABŞ hökuməti daxilində koordinasiyalı şəkildə dəstəkləndiyini göstərə bilər.

Məlumata görə, Patel bu sənədləri ABŞ Senatının Ədliyyə Komitəsinin sədri Çak Qrassliyə təqdim edib. Sənədlərin gizliliyinin qaldırılması Patel, CIA direktoru Con Ratkliff və digərlərinin koordinasiyası ilə aparılır.

Xatırladaq ki, 2017-ci ildə Rusiya hökumətinin Trampın xeyrinə seçkilərə müdaxilə etdiyi iddiaları ilə əlaqədar xüsusi prokuror Robert Myuller tərəfindən araşdırma başlanmış, 2,5 il sonra Trampı ittiham edəcək sübut tapılmadığı üçün iş bağlanmışdı. Sonradan John Durham-ın araşdırmasında isə iki nəfər sənədlərlə manipulyasiya etdiklərini etiraf etmişdi.
Seçilən
9
1
sherg.az

10Mənbələr