Minalar həm insanlar, həm də heyvanlar üçün təhlükə yaratmağa davam edir.
Viral.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X sosial şəbəkəsindəki hesabında yazıb.
“Bu dəfə Kəlbəcər dağlarında Ermənistanın işğal dövründə quraşdırdığı piyada əleyhinə minanın qurbanı it olub. Xoşbəxtlikdən, Azərbaycan hərbi həkimlərinin operativ müdaxiləsi onun həyatını xilas edib”, – Hacıyev yazıb.
Son Yazılar:
- Minalar həm insanlar, həm də heyvanlar üçün daimi təhlükədir
- Bu məşhur xərçəngin qurbanı oldu
- Qatlana bilən “iPhone” bu qiymətə SATILACAQ
O vurğulayıb ki, 2020-ci ildən bəri Ermənistanın quraşdırdığı minaların qurbanı 400-dən çox Azərbaycan mülki şəxsi və hərbçisi olub. “Bundan əlavə, illər boyu torpağın altında qalan minalar torpaq eroziyasına səbəb olur və yerli bitki örtüyünü məhv edir”, – o əlavə edib.