AZ

“Youtube” platforması Britaniyada televiziyanı geridə qoyur

London, 30 iyul, AZƏRTAC

Böyük Britaniyada “Youtube” platforması artıq BBC-dən sonra ölkənin ikinci ən çox izlənilən media xidməti olub.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, bu barədə ölkənin media tənzimləyicisi “Ofcom”un illik hesabatında bildirilir.

Araşdırmaya görə, gənc tamaşaçıların beşdəbiri televizoru yandıran kimi ilk olaraq “Youtube” platformasına daxil olur. Alfa nəsli, yəni 4-15 yaşlı uşaqlar smart televizorlarında əsasən “Youtube” izləyir. Maraqlıdır ki, 55 yaşdan yuxarı insanlar da bu platformaya daha çox üz tutur. Onların “Youtube”da keçirdikləri vaxt son iki ildə iki dəfə artıb.

“Ofcom”un strateji və tədqiqatlar üzrə müvəqqəti direktoru Ed Leyton bildirib ki, ənənəvi televiziya gənc nəsil üçün getdikcə yad bir anlayışa çevrilir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
34
azertag.az

1Mənbələr