Bakı, 30 iyul, AZƏRTAC
“Zirə” ilə oyuna maksimum dərəcədə hazır olmalıyıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Hayduk" komandasının texniki direktoru İvan Rakitiç UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Xorvatiyada “Zirə” ilə keçiriləcək cavab matçı barədə danışarkən deyib.
Bu yaxınlarda karyerasını başa vuran məşhur futbolçu bildirib ki, mövsümöncəsi keçirilən ilk qarşılaşmalar heç vaxt asan olmur: “Əsas məsələ ilk andan etibarən həm futbolçular, həm də azarkeşlər üçün pozitiv enerji yaratmaqdır. Əminəm ki, stadionda möhtəşəm atmosfer olacaq. Öz meydanımızda, doğma azarkeşlərimizin önündə oynayacağıq. Futbolçulara hansı komandada oynadıqlarını meydanda göstərməlidirlər. Qələbə üçün birlikdə mübarizə aparmalı və mövsümə yaxşı başlamalıyıq”.
Qeyd edək ki, Bakıda baş tutan ilk matçda 1:1 hesablı heç-heçə qeydə alınıb. Cavab qarşılaşması iyulun 31-də keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.