“Yuventus” PSJ klubuna məxsus hücumçu Randal Kolo-Muani ilə yollarını ayırmaq istəmir.
90deqiqe.Az-ın məlumatına görə, Paris təmsilçiləri fransalı satışa çıxarıblar, lakin Turin klubunun təklif etdiyi icarə və seçim hüququ ilə deyil, birbaşa transferlə razılaşmaq istəmirlər.
Kolo-Muani “Yuventus”un prioritet hədəfi olaraq qalır. “Qoca sinyora” fransız klubunun rəhbərliyini fikrindən daşındırmağa çalışır və hücumçu üçün rəsmi təklif hazırlayır.
26 yaşlı futbolçu karyerasını Turin şəhərində davam etdirmək istədiyini açıq şəkildə bəyan edib.
Randal Kolo-Muaninin “Yuventus”da yanvar ayından bəri 22 oyunda 10 qolu var. Transfermarkt portalında futbolçunun qiyməti 30 milyon avrodur.