Türkiyənin məşhur turizm bölgəsi olan Kuşadası bu dəfə “üzən otellər”lə gündəmə gəlib.
Yenisabah.az xəbər verir ki, Aydın vilayətinin Kuşadası limanına eyni gündə 3 kruiz gəmisi yan alıb. Səyyahlarla dolu bu gəmilər vasitəsilə ümumilikdə 9 min 350 turist bölgəyə gəlib.
Məlumata görə, “Mein Schiff 6” adlı Malta bayraqlı gəmi limana 2 min 500, İtaliya bayraqlı “Costa Fortuna” isə 3 min 500 sərnişin gətirib. Digər bir Malta bayraqlı gəmi “Celestyal Journey” isə 3 min 350 turistlə Kuşadasına daxil olub. pizza
Turistlərin böyük bir hissəsi Efes və Məryəm Ana Evi kimi tarixi bölgələri ziyarət edib, digər qismi isə şəhər mərkəzində alış-veriş və istirahətə üstünlük verib.
Qeyd edək ki, bu qədər sərnişini eyni gündə qəbul etmək Kuşadası limanı üçün həm rekord göstərici olub.
Aydan Hacı
Telegram kanalımız