AZ

“Ayaks”ı “Çelsi”yə dəyişir

Niderlandın müdafiəçisi Yorrell Xato “Ayaks” klubundan “Çelsi”yə keçəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.

O yaxın günlərdə 19 yaşlı futbolçunun klubun bazasına qoşularaq tibbi müayinədən keçəcəyini və bu transferin London klubuna 40 milyon avroya başa gəldiyini qeyd edib. 

Keçən mövsümdə əsasən müdafiənin sol cinahında çıxış edən gənc istedad 50 oyuna çıxıb, 12 sarı vərəqə alıb, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.

Seçilən
27
90deqiqe.az

1Mənbələr