AZ

Abşeronda "Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolu" mövzusunda tədbir keçirilib


"Müasir İnternet Resurslarının İnkişafı”İctimai Birliyinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donor dəstəyi ilə “Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolu" mövzusunda Abşeron raynunda tədbir keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, Millət vəkili Müşfiq Məmmədli, "Müasir İnternet Resurslarının İnkişafı" İctimai Birliyinin sədri, "Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolu" layihəsinin rəhbəri Zamin Zeynal, Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri,şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Abşeron-Xızı Rayonları Bölməsinin məsləhətçisi Eltac İsmayılov, Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi" İctimai Birliyinin sədri Rauf Zeyni, Azərbaycan Qadınları Respublika Cəmiyyətinin sədri Bahar Qasımova, Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü Zülfiyyə Nuriyeva, Abşeronda yaşayan keçmiş məcburi köçkünlərin bir qrupu, Abşeron rayonunun Ağsaqqallar Şurasının fəal üzvüləri, şəhid ailələri, gənc könüllülər fəal iştirak ediblər.

Tədbirdə çıxış edənlər "Müasir İnternet Resurslarının İnkişafı”İctimai Birliyi tərəfindən "Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolu" layihəsi çərçivəsində nəzərdə tutulmuş bölgələrdə Qarabağdan olan məcburu köçkünlərlə birlikdə Qarabağa qayıdış əzmində keçirilən bu yönlü tədbirlərin ictimai-siyasi, mənəvi əhəmiyyətindən söz açıblar.

Natiqlər Qarabağa qayıdış ruhunda informasiya cəmiyyətinin fəallığının vacibliyinə diqqət çəkərək qeyd ediblər ki, 44 günlük tarixi qələbə Zəfərinin qazanılması, xalqımızın qalib xalq olaraq dünyaya tanıdılması hər bir Azərbaycan vətəndaşını ruhlandırır, dövlətə və cəmiyyətə faydalı yeni ideya və maarifləndirici təşəbbüslərin ortaya çıxmasına səbəb olur. Bu baxımından Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, müqəddəs şəhidlərimizin canı, qanı hesabına, Qazilərimizin sağlamlığının itirməsi nəticəsində azad edilmiş doğma Qarabağ qayıdış prosesi uğurla gerçəkləşdirilir. Beləki, qüdrətli dövlət başçısı, qalib Prezident İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq Qarabağda həyata keçirilən tikinti, quruculuq, abadlıq işləri, Qarabağ bölgəsinin dirçəlişinə və daha da yüksəlişinə öz müsbət təsirini göstərir.Bununla yanaşı tarixi, əzəli torpağımız olan Qarabağda rallaşdırılan İctimai-siyasi, iqtisadi, mədəni əhəmiyyətli tədbirlər yerli və beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilərək təqdir edilir. Çıxışçılar onu da xüsusi olaraq qeyd ediblər ki, dünyada gedən informasiya müharibəsi fonunda Qarabağ həqiqətlərinin dünyaya təbliği, böyük qayıdışla bağlı əhalinin doğru məlmuatlandırlması ilə bağlı məsələrdəinformasiya cəmiyyəti tərifindən həyata keçirilən bu sayaq layihələrin davamlığı informasiya təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir.

MİRİİB sədri, "Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolu" layihəsinin rəhbəri Zamin Zeynal geniş məzmunlu çıxışında bildirib ki, QHT Agentliyi tərəfindən belə bir layihənin qalib edilməsi və donor dəstəyinin verilməsi "Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolu" layihəsi çərçivəsində Abşeronvə digər regionlarımızda nəzərdə tutulmuşbu sayaqtədbirləri keçirməkdə əsas məqsəd Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolunu gücləndirmək bu prosesin daha şəffaf, müsbət və məqsədyönlü şəkildə həyata keçirilməsinə vətəndaş cəmiyyəti dəstəyi göstərməkdir.

Qurum rəhbəri onu da qeyd edib ki, doğma Qarabağa qayıdış yalnız fiziki məkanın geri alınması deyil, həm də insanları, onların sosial əlaqələrini və mədəni irsini bərpa etmək deməkdir. Məlumatın düzgün və səmərəli paylaşılması insanların çətin və kritik dövrü daha asanvə sakit keçirə bilməsi üçün vacibdir. Vaxtilə erməni qəsbkarları tərəfindənöz doğma yurd-yuvarlarından didərgin salınmış məcburi köçkün soydaşlarımızla bu cür informasiya əhəmiyyətli maarifləndirmə yönümlü görüşlərin keçirilməsi bu proses də İnformasiya cəmiyyətinin fədarlığının artırılması Qarabağa qayıdan insanların öz ata-baba yurdlarına qayıdışına və daha asan adaptasiya olmalarına ictimai dəstək baxımından layihənin davamlılığı olduqca vacibdir. Layihə rəhbəri geniş məzmunlu çəxışında Prezidentin cənab İlham Əliyevin daxili və xarici siyasət kursunu əsas götürərək məcburi köçkün soydaşlarımızı Qarabağda yaşayaraq yenidən qurub yaratmağa, Qarbağın diriçəlişində və yüksəlişində birlik, həmrəylik əzmində olmağa səsləyib.

Qeyd edək ki, Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolu" layihəsi çərçivəsində növbəti yekun tədbir Qaradağ rayonunda keçiriləcək.

Seçilən
23
1
baki-xeber.com

2Mənbələr