AZ

"Qarabağ"ın Çempionlar Liqasındakı növbəti rəqibi məlum olub

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Azərbaycan çempionu "Qarabağ" klubunun rəqibi müəyyənləşib. Ağdam təmsilçisi bu mərhələdə Şimali Makedoniyanın "Şkendiya" komandası ilə qarşılaşacaq.

Far.Az xəbər verir ki, "Şkendiya" öz növbəsində II təsnifat mərhələsində Rumıniyanın FCSB klubunu mübarizədən kənarlaşdıraraq növbəti mərhələyə yüksəlib.

Şimali Makedoniya təmsilçisi ev oyununda 1:0, səfərdə isə 2:1 hesablı qələbə ilə mərhələ adlayıb.

Xatırladaq ki, "Qarabağ" əvvəlki mərhələdə İrlandiyanın "Shelbourne" klubuna iki oyunun nəticəsinə əsasən 4:0 hesabı ilə qalib gələrək III raunda vəsiqə qazanmışdı.

Seçilən
7
1
far.az

2Mənbələr