İspaniyanın “Atletiko” klubunun yarımmüdafiəçisi Toma Lemar karyerasını “Jirona”da davam etdirəcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Fransalı futbolçu 2026-cı ilin yayına qədər “Jirona”nın formasını icarə əsasında geyinəcək. İspan mətbuatında yer alan xəbərlərə görə, “Jirona” Lemarın maaşının yalnız yarısını ödəyəcək.
29 yaşlı yarımmüdafiəçi “Atletiko”ya 2018-ci ildə “Monako”dan transfer olunub. O, Madrid klubunun heyətində indiyədək 186 oyuna çıxıb, 10 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb.
Transfermarkt portalının məlumatına əsasən, Lemarın bazar dəyəri 5 milyon avro təşkil edir.