UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə vəsiqə qazanan “Qarabağ”ın rəqibi müəyyənləşib.
Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi 3-cü raundda FCSB (Rumıniya) – "Şkendiya" (Şimali Makedoniya) cütünün üstün tərəfi ilə üz-üzə gələcək. Bu cütün qalibi “Şkendiya” olub.
Makedoniya çempionu ilk matçda evdə 1:0 hesabı ilə məğlub etdiyi FCSB-yə səfərdə də qalib gəlib - 2:1. Beləliklə, onlar iki oyunun nəticəsinə əsasən 3-cü mərhələyə yüksəliblər.
30 iyul
21:30. FCSB (Rumıniya) – "Şkendiya" (Şimali Makedoniya) - 1:2
Qollar: Çisotti, 28 (1:0), Latifi, 33 (1:1), Krstevski, 87 (1:2)
İlk oyun – 0:1
3-cü mərhələnin oyunları 5/6 avqust və 12 avqust tarixlərində keçiriləcək.
“Qarabağ”ın ilk matçı səfərdə olacaq.
Bizim.Media