AZ

Azərbaycanın müvəqqəti işlər vəkili: Azərbaycan qazının Suriyaya nəqli tarixi hadisədir

“Azərbaycan təbii qazının 2 avqust 2025-ci il tarixində Türkiyə üzərindən Suriyaya nəqli iki dost xalqın gözlədiyi tarixi hadisədir və ikitərəfli əməkdaşlığın dərinliyini təcəssüm etdirir.”

Aznews.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dəməşqdəki səfirliyinin müvəqqəti işlər vəkili Elnur Şahhüseynov bildirib.

O bildirib ki, Suriya prezidenti Əhməd əl-Şaraanın iyulun 12-də Azərbaycana rəsmi səfəri çərçivəsində prezident İlham Əliyevlə görüşü görüşü iki ölkə arasında strateji əməkdaşlığın genişləndirilməsinə artıq bəhrəsini verməyə başlayıb.

Diplomat həmçinin əlavə edib ki, prezident Əhməd əl-Şaraa başda olmaqla Suriyanın yeni administrasiyası inkişaf dairəsini irəli aparmaq və vətəndaşların həyat səviyyəsini yaxşılaşdırmaq məqsədilə Suriya xalqının üzləşdiyi bütün problemləri, xüsusilə də iqtisadi problemləri həll etmək üçün davamlı olaraq çalışır.

Seçilən
48
4
aznews.az

5Mənbələr