AZ

Başından böyük danışmışdı...

Xəbər verdiyimiz kimi, “Qarabağ” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşacaq. Ağdam təmsilçisinin rəqibi bu uğura hər iki oyunda Rumıniyanın FCSB klubunu məğlub edərək nail olub- 1:0, 2:1.

“Qafqazinfo”nun məlumatına görə, bu məqamda FCSB-nin prezidenti Cici Bekalinin bir neçə gün öncə verdiyi açıqlama yenidən gündəmə gəlib.

Belə ki, o, püşkü dəyərləndirərkən Azərbaycan çempionunu aşağılamış, klub rəhbərinə yaraşmayacaq açıqlama vermişdi:

“Çox yaxşı püşkdür. Biz artıq “Qarabağ”ı məğlub etmişik. “Qarabağ”ı udmayandan sonra Çempionlar Liqasına düşmək istədiyini necə deyə bilərsən? Onlar bizim səviyyədə deyil, futbolları da bizim futbolla müqayisəyə gəlmir. Onlar oyunçularını itirib, ritmdən məhrum olub. Biz onları darmadağın edəcəyik! Yaxşı ki, ilk oyunu evdə keçirəcəyik – 2:0 və ya 3:0 udarıq ki, pley-offa vəsiqəni təmin edək”.

Arxı tullanmadan “hop” deyən dərsi isə “Şkendiya” verdi. Qeydə alınan nəticələr onu göstərir ki, Rumıniya klubunun özü “Qarabağ”la oynamaq səviyyəsində deyilmiş

Qeyd edək ki, klub prezidentinin bu açıqlamasını Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov belə reaksiya vermişdi:

“Mənim xarakterimi bilirsiz. Bizim hələ cavab oyunumuz var, iki oyunun qalibi olmamışıq. Bütün diqqətimiz sabahkı oyunadır. Hansısa atmacalara gəldikdə, buna cavab verə bilmərəm. Hansısa insanla heç bir kontaktım, münasibətim yoxdursa, onun haqda fikir bildirə bilmərəm. Hələ bəlli deyil, onlarla düşəcəyik, ya yox”.

Seçilən
9
qafqazinfo.az

1Mənbələr