AZ

Rəşad Sadıqov: Xorvatiyadan uğurlu nəticə ilə qayıtmaq istəyirik

Bakı, 31 iyul, AZƏRTAC

Azarkeşləri maraqlı oyun gözləyir.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Zirə” komandasının baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Xorvatiya təmsilçisi “Hayduk” ilə keçirəcəkləri cavab oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.

O, rəqibin ciddi komanda olduğunu bildirib: “Amma oyunda favorit yoxdur. Bu cür matçlarda hər şey ikinci görüşdə həll olunur. Rəqibin yaxşı azarkeşi var. Bu, onlar üçün müsbət məqamdır”.

Qeyd edək ki, Bakıda baş tutan ilk matçda 1:1 hesablı heç-heçə qeydə alınıb. Cavab qarşılaşması bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 

Seçilən
14
azertag.az

1Mənbələr