“Qarabağ” UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” komandasına qarşı mübarizə aparacaq.
Arena.az xəbər verir ki, bu gün UEFA Çempionlar Liqasının 3-ci təsnifat mərhələsinin cavab oyunları keçirilib.
Azərbaycan çempionu “Qarabağ” səfərdə 3:0 hesabıyla üstələdiyi İrlandiyanın “Şelburn” komandasına evdə də 1:0 hesabıyla qalib gəlib və növbəti mərhələyə yüksəlib.
Artıq Ağdam klubunun ÇL-in 3-cü təsnifat mərhələsindəki rəqibi də müəyyənləşib. Bu, Şimali Makedoniya təmsilçisi “Şkendiya”dır. ÇL-in 2-ci təsnifat mərhələsi çərçivəsində doğma meydanda Rumıniyanın “Styaua” kollektivinə 1:0 hesabı ilə qalib gəlmiş Şimali Makedoniya çempionu, səfərdə də 2:1 hesablı qələbə qazanaraq növbəti raundda Ağdam təmsilçisinə rəqib olub. “Qarabağ” 3-cü raundda da ilk oyununu səfərdə, cavab görüşünü evdə keçirəcək.
UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları 5/6 avqustda, cavab görüşləri isə 12 avqustda keçiriləcək.