Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə vəsiqə qazanan “Qarabağ”ın rəqibi müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisi bu mərhələdə FKSB (Rumıniya) – "Şkendiya" (Şimali Makedoniya) cütünün üstün tərəfi olan "Şkendiya" ilə üz-üzə gələcək. Makedoniya çempionu ilk matçda evdə 1:0 hesabı ilə məğlub etdiyi FKSB-yə səfərdə də qalib gəlib - 2:1.
3-cü mərhələnin oyunları 5/6 avqust və 12 avqust tarixlərində keçiriləcək. “Qarabağ”ın ilk matçı səfərdə olacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta