AZ

Tramp Braziliyadan idxala əlavə tariflər tətbiq edib

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Braziliyadan idxal olunan məhsullaraəlavə 40 faiz tarif tətbiq edən fərman imzalayıb. Bununla da ümumirüsum məbləği 50 faizə çatdırılıb.

Trend-inməlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumatyayıb.

Bildirilib ki, bu qərar Braziliya hökumətinin ABŞ-nin millitəhlükəsizliyinə, xarici siyasətinə və iqtisadiyyatına təhdidyaradan, eləcə də Amerika şirkətləri və vətəndaşlarının sözazadlığı hüquqlarına zərər vuran addımlarına cavab olaraqverilib.

Ağ Ev həmçinin qeyd edib ki, Braziliya hakimiyyəti, xüsusilə dəAli Məhkəmənin hakimi Aleşandre de Moraeşin vasitəsilə ABŞşirkətləri və vətəndaşlarına qarşı siyasi motivli təqiblər, senzuravə təzyiqlər həyata keçirir.

Fərman çərçivəsində hakim de Moraeş, onun ailə üzvləri vəmüttəfiqlərinə qarşı viza məhdudiyyətlərinin tətbiq olunması danəzərdə tutulur.

Rəsmi açıqlamada vurğulanıb ki, bu tədbirlər ABŞ-nin sözazadlığı, iqtisadi maraqları və milli təhlükəsizliyinin qorunmasınaxidmət edir.

Seçilən
6
az.trend.az

1Mənbələr