AZ

ÇL: “Qarabağ”ın növbəti mərhələdəki rəqibi müəyyənləşib

"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi bəlli olub.

 

Azərbaycan çempionu "Şkendiya" (Şimali Makedoniya) klubu ilə qarşılaşacaq.

 

Şimali makedoniyalılar II təsnifat mərhələsindən FCSB-ni mübarizədən kənarlaşdırıblar. "Şkendiya" hər iki oyunda güclü rəqibini məğlub edərək, sürprizə imza atıb (1:0, 2:1).

 

"Qarabağ" "Şkendiya" ilk görüşü avqustun 5-6-da səfərdə keçirəcək, cavab matçı isə 12-də Bakıda olacaq.

 

Qeyd edək ki, II təsnifat mərhələsindən mübarizəyə qoşulan "Qarabağ" hər iki oyunda "Şelburn"dan güclü olub (3:0, 1:0).

Tarix: 31 İyul 2025, 00:12   
Seçilən
103
9
pravda.az

10Mənbələr