Rusiyanın Kamçatka yarımadasında daha bir güclü zəlzələ baş verib.
Bu barədə Rusiya Elmlər Akademiyasının Telegram kanalı məlumat yayıb.
5 bal gücündə qeydə alınan zəlzələ Kamçatkadan 350 km aralıda qeydə alınıb. Ən güclü təkan 6,0 bal gücündə şəhərdən 40 km aralıda baş verib. İlk üç yeraltı təkanların episentrləri 64,8 km, 10,8 km və 66 km dərinlikdə olub.
Seysmoloqların məlumatına görə, zəlzələnin təkrarlanma ehtimalı böyükdür.
Ümumilikdə Kamçatkada 10 dəqiqə ərzində 5,0, 4,8, 4,8, 5,3 və 6,0 bal gücündə beş zəlzələ qeydə alınıb.
Xatırladaq ki, bu gün Kamçatkada 8,7 bal gücündə də zəlzələ olub. Bu, 1952-ci ildən sonra baş vermiş ən güclü zəlzələdir.
"Cebheinfo.az"