AZ

Paralimpiyaçılarımız 6 ayda 22 medal qazanıblar

2025-ci ilin ilk 6 ayı ərzində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin idmançıları müxtəlif beynəlxalq turnirlərdə yüksək nəticələr göstəriblər. Komanda 6 qızıl, 6 gümüş və 10 bürünc olmaqla ümumilikdə 22 medal, eləcə də 2 feyr-pley mükafatı qazanıb.

Məsələn, bu ilin aprel ayında Serbiyanın Zlatibor şəhərində keçirilən ISF U-15 Gimnaziada İdman Oyunlarında parabadminton və paraüzgüçülük üzrə yarışan idmançılar 3-ü qızıl olmaqla, ümumilikdə 9 medal və 2 feyr-pley mükafatına layiq görülüblər.

May ayında isə Tbilisidə təşkil olunan parapauerliftinq üzrə Dünya Kubokunda milli komanda 3 qızıl və 3 gümüş medal qazanaraq fəxri kürsüyə yüksəlib. Həmin ay Fransada baş tutan Dünya Seriyasında paraüzgüçü Əli Vəliyev bir neçə məsafədə şəxsi rekordlarını yeniləyərək ilk dəfə 400 metr sərbəst üzmə yarışında iştirak edib.

İyun ayında da idmançılarımız yaxşı nəticələr əldə ediblər. Paralimpiyaçılarımız bundan sonra da uğurlarını davam etdirmək əzmindədir.

M.HACIXANLI
XQ

Seçilən
7
16
xalqqazeti.az

10Mənbələr