Azərbaycan UEFA-nın klublar reytinqində mövqeyini bir qədər yaxşılaşdırıb.
Axar.az Qol.az-a istinadən xəbər verir ki, bu, “Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin bu gün “Şelburn”a (İrlandiya) qarşı keçirilən cavab matçındakı qələbəsi (1:0) sayəsində mümkün olub (ilk oyun 3:0). Bu, uğur Azərbaycana daha 0,250 xal qazandırıb.
Nəticədə xal ehtiyatını 18,375-ə yüksəldən Azərbaycan Rusiyanı (18,299) geridə qoyaraq 29-cu yerdən 28-ci pilləyə qalxıb.
Azərbaycandan bir pillə öndə - 27-ci yerdə olan Ukraynanın 18,725 xalı var.
Onu da qeyd edək ki, ölkəmizin bu həftə xal ehtyatını daha da artırmaq baxımlndan yaxşı imkanı var. İyulun 31-də UEFA Konfrans Liqasındakı 3 təmsilçimiz - "Zirə", "Sabah" və "Araz Naxçıvan" 2-ci mərhələdə cavab oyunlarına çıxacaqlar.