AZ

“Qarabağ”ın növbəti rəqibi məlum oldu

“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi məlum olub.

Futbolpress.az xəbər verir ki, Azərbaycan çempionu bu mərhələdə Şimali Makedoniyanın “Şkendiya” komandası ilə qarşılaşacaq.

İlk görüş avqustun 5-də Şimali Makedoniyada olacaq. Cavab qarşılaşması isə 12-də Bakıda keçiriləcək.

“Şkendiya” II təsnifat mərhələsində Rumıniyanın FCSB komandasını mübarizədən kənarlaşdırıb – 1:0, 2:1.

Seçilən
7
futbolpress.az

1Mənbələr