AZ

Kadi Borgesdən penalti açıqlaması

BAKI. 31 iyul. TELEQRAF

"Qarabağ"ın futbolçusu Kadi Borges İrlandiya "Şelburn"u ilə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündə penaltini yerinə yetirə bilməməsini şərh edib.

Braziliyalı yarımmüdafiəçi Teleqraf-a açıqlamasında 68-ci dəqiqədə təyin olunmuş 11 metrlik cərimə zərbəsini baş məşqçi Qurban Qurbanovun tapşırığı ilə özünün vurduğunu bildirib.

"Penaltini baş məşqçinin tapşırığına görə mən vurmalıyam. Onun tapşırığını yerinə yetirdim, amma qaçırdım. Mən vurmamalı olsaydım, bəlkə də qaçırmazdım", - deyə 29 yaşlı oyunçu vurğulayıb,

Qeyd edək ki, "Qarabağ" "Şelburn"u səfərdə 3:0, evdə isə 1:0 hesabı ilə yenərək, Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlib. Növbəti rəqib Şimali Makedoniya "Şkendiya"sı olacaq. İlk görüş avqustun 6-da səfərdə, cavab oyunu avqustun 12-də evdə olacaq.

Seçilən
8
teleqraf.com

1Mənbələr