ABŞ prezidenti Donald Tramp bildirib ki, Pakistanla əldə olunan ticarət razılaşmasına əsasən, Amerika şirkətləri ölkənin neft ehtiyatlarını inkişaf etdirmək üçün tərəfdaş olacaqlar.
Ucnoqta.az xəbər verir ki, o, Truth Sosial səhifəsində yazıb.
"Biz indicə Pakistanla saziş bağladıq ki, Pakistan və Birləşmiş Ştatlar öz böyük neft ehtiyatlarını inkişaf etdirmək üçün birlikdə çalışacaqlar. Hazırda biz bu tərəfdaşlığa rəhbərlik edəcək neft şirkəti seçirik", -Tramp qeyd edib.
"Kim bilir, bəlkə nə vaxtsa Hindistana neft satacaqlar”, - Tramp əlavə edib.