AZ

Bu futbolçu “Qəbələ”dən GETDİ

“Qəbələ” Urfan İsmayılovla yollarını ayırıb.

Bizim.Media xəbər verir ki, yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinən Urfan “Qəbələ”də keçirdiyi 27 oyunda 1 qol vurub.

"Qəbələ" İsmayılova təşəkkür edib, gələcək karyerasında yeni-yeni uğurlar arzulayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
39
13
bizim.media

10Mənbələr