BAKI, 30 iyul.TELEQRAF
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Pakistanla əldə olunan ticarət razılaşmasına əsasən, Amerika şirkətləri ölkənin neft ehtiyatlarını inkişaf etdirmək üçün əməkdaşlıq edəcək.
Teleqraf xəbər verir ki, o, öz sosial şəbəkə hesabında beləsəhifəsində yazıb.
Prezident bildirib: "Biz indicə Pakistan və Birləşmiş Ştatlarınöz böyük neft ehtiyatlarını inkişaf etdirmək üçün birlikdə çalışacaqlarına dair saziş imzalamışıq. Hazırda bu tərəfdaşlığa rəhbərlik edəcək neft şirkəti seçirik".
Tramp əlavə edib: "Kim bilir, bəlkə nə vaxtsa Hindistana neft satacaqlar".