AZ

Azərbaycanlı nazir Parisə getmək üçün istefa verdi" - Qərbi Azərbaycan Xronikası

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrəvandan çıxan filosof SSRİ-ni niyə qorxutdu?" adlı veriliş hazırlanıb.

Verilişdə Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli İrəvanda maarifçilik, mətbuat və ziyalı mühitindən danışıb.

O bildirib ki, 1920-ci əsrin əvvəllərində tanınmış simalardan biri olan Əkbər ağa Şeyxülislamov Azərbaycan parlamentinin üzvü olub, Versal Sülh Konfransında iştirak etmək üçün Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Parisə səfər edib və bir müddət orada yaşayıb. Həmin dövrdə fəaliyyət göstərmiş Əli Məhsun əsasən publisistika və qəzetçiliklə məşğul olub, 1912–1914-cü illərdə "Ləklək" adlı jurnal və ya qəzet nəşr etdirib. Abdullah bəy isə publisistik yazılarla yanaşı, satirik üslubda yazaraq cəmiyyəti maarifləndirməyə çalışıb. MAKO nəslindən olan Teymur bəy Makinski İrəvanda anadan olub və Azərbaycan Xalq Cümhuriyyəti dövründə mühüm vəzifələr tutub. Mir Abbas Bağırzadə də həmin dövrdə mühüm vəzifələrdə işləmiş ziyalılardan biridir.

Onun sözlərinə görə, ermənilər İrəvanda azərbaycanlı ziyalı ailələrini köçürürdülər: "XX əsrin əvvəllərində, xüsusilə də sovet dövründə İrəvanda doğulmuş və sonradan Azərbaycanın ictimai-mədəni həyatında rol oynamış bir sıra şəxslər olub. Onlardan biri fəlsəfi fikir tarixini akademik şəkildə yazmış Heydər Hüseynov, tibb sahəsində böyük uğurlar əldə etmiş, 1940-cı illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, daha sonra Dağıstan Vilayət Komitəsinin birinci katibi olmuş Əziz Əliyev olub".

F.Ələkbərli vurğulayıb ki, o dövrün mədəniyyətinə töhfə vermiş şəxsiyyətlər arasında Əhməd Cəmil, Əhməd Rəcəbli və Mirəli Seyidovvə bəstəkar Səid Rüstəmov da var.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş iyulun 30-da saat 20:30-da Baku TV-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

Seçilən
22
2
far.az

3Mənbələr