AZ

Tramp Pakistanda neft hasilatı haqqında danışıb

ABŞ prezidenti Donald Tramp çərşənbə günü Pakistanla amerikalı bizneslərin bu ölkədə neft hasilatı ilə məşğul olacağı yeni müqavilə imzaladığını açıqlayıb...

Poliqon xəbər verir ki, bu barədə Ağ Ev rəhbərinin Truth sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

O, hazırda ABŞ-Pakistan tərəfdaşlığına rəhbərlik edəcək neft şirkətinin seçildiyini vurğulayıb. Tramp vurğulayıb ki, bəlkə də nə vaxtsa Hindistana neft satmağa başlayacaqlar.

ABŞ prezidentinin sözlərinə görə, Ağ Evdə Cənubi Koreyadan olan ticarət nümayəndə heyəti də qəbul olunacaq və onlarla ABŞ-ın 25% səviyyəsində müəyyən edilmiş ticarət rüsumlarının azaldılması yollarını müzakirə edəcək.

Bundan əvvəl Tramp bildirib ki, ABŞ Rusiya ilə ticarət üçün idxal rüsumlarından əlavə Hindistana qarşı hansı əlavə tədbirlər görəcəyini həftənin sonunda açıqlayacaq.

Poliqon.info 

Seçilən
16
poliqon.info

1Mənbələr