BAKI, 31 iyul. TELEQRAF
Ermənistanın gələcək iqtisadi inkişafı üçün Sünik bölgəsinin “qapılarını açmaq” lazımdır.
Teleqraf xəbər verir ki, Ermənsitan Prezidenti Vaaqn Xaçaturyan belə deyib.
Söhbət Ermənistan ərazisinin bir hissəsindən gedir ki, onun vasitəsilə Azərbaycanın əsas ərazisi iləonun Naxçıvan muxtariyyəti arasında nəqliyyat əlaqəsi yaradıla bilər.
Prezident deyib: "Bu gün Azərbaycanın əsas hissəsindən Naxçıvana yeganə yol hava və ya İran ərazisindən dolama yoldur. Əgər biz Sünikin qapılarını aça bilsək - mən bu ərazinin 43 kilometrini nəzərdə tuturam - əmin ola bilərsiniz ki, qarşımızda ciddi imkanlaraçılacaq".
O, əlavə edib ki, hökumətin Cənubi Qafqazda, o cümlədən Ermənistan, Azərbaycan və Türkiyə arasında nəqliyyat marşrutlarının açılmasına yönəlmiş “Dünyanın kəsişməsi” layihəsi beynəlxalq ictimaiyyətdən müsbət rəy almaqdadır.