AZ

Kadırovdan İLGİNC SÖZLƏR: “Mən artıq gülmürəm – gözləyirəm, baxıram, yadda saxlayıram”

Çeçenistan rəhbəri Ramzan Kadırov ciddi açıqlama ilə çıxış edib.

KONKRET.az xəbər verir ki, o bildirib ki, hazırkı dövrdə ciddi yanaşma və maksimum diqqət tələb olunur.

“Düşmənlər hələ də planlar qurur, intriqalar toxuyurlar. Amma biz – çeçenlər – sarsılmaz və əyilməz qalırıq,” – deyə Kadırov vurğulayıb.

O, uzun müddətdir gülmədiyini də xüsusi qeyd edib:
“Siz məni çoxdan gülərkən görməmisiniz. Mən gülmürəm – gözləyirəm. Baxıram. Yadda saxlayıram.”

Kadırovun sözlərinə görə, düşmənlər onlara “ikrah və qəzəblə” baxır, lakin bu vəziyyət çeçen xalqının iradəsini sarsıda bilməz.

Natiq Səlim,
KONKRET.az

Seçilən
15
konkret.az

1Mənbələr