AZ

Amerikalı senator: Tramp oyun qaydalarını dəyişir

BAKI. 31 iyul. TELEQRAF

Amerikalı senator Lindsi Qrem növbəti dəfə ABŞ Prezidenti Donald Trampın Rusiyadan neft və qaz alan ölkələrə rüsum tətbiq etmək niyyətini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə senator sosial şəbəkə hesabında yazıb.

Qrem bildirib: “Görünür, Rusiya hakimiyyəti başa düşmür ki, Prezident Tramp oyun qaydalarını dəyişir. Sizin neft və qazınızı alan ölkələrə tariflər tətbiq etmək niyyətindədir”.

Yada salaq ki, D.Tramp Vaşinqton və Moskva Ukrayna münaqişəsi ilə bağlı razılığa gələ bilməsə, ABŞ-nin Rusiya və onun ticarət tərəfdaşlarına təxminən 100 faiz idxal rüsumları tətbiq edəcəyini bəyan edib.

Seçilən
25
2
teleqraf.com

3Mənbələr