Bu gün qadınların Çempionlar Liqasının I təsnifat mərhələsində "Neftçi" ilk oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, IV qrupda mübarizə aparan "ağ-qaralar" iyulun 30-u Bakı vaxtı ilə saat 20:00-da Türkiyənin "Fomget" komandası ilə qarşılaşıb.
Siyasət Əsgərovun komandası rəqibinə 0:2 hesabı ilə məğlub olub. Qeyd edək ki, cütün qalibi — "Fomget" 2 avqust saat 20:00-da "Kiryat Qat" ilə üz-üzə gələcək.
Qeyd edək ki, oyunlar Albaniyanın Tirana şəhərində keçirilir.