Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri 1 saat 15 dəqiqə ərzində Rostov və Belqorod vilayətləri üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus 13 ədəd təyyarə tipli pilotsuz uçuş aparatını vuraraq məhv edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qarşı tərəfə məxsus dronlar Moskva vaxtı ilə 22:20-dən 23:15-dək olan müddətdə zərərsizləşdirilib. Onlardan doqquzu Rostov vilayəti, dördü isə Belqorod vilayəti üzərində məhv edilib.
30 iyulda məlum olub ki, Rusiya Silahlı Qüvvələri son sutka ərzində 130-dan çox təyyarə tipli Ukrayna dronunu məhv edib. Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin açıqlamasında qeyd olunub ki, xüsusi hərbi əməliyyat başlayandan bəri Ukrayna Silahlı Qüvvələri ümumilikdə 73 522 dron itirib.