AZ

Çempionlar Liqasının III təsnifat mərhələsinin bütün CÜTLƏRİ

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin bütün cütləri bəlli olub.

İdman.biz xəbər verir ki, bu mərhələdə daha 10 oyun keçiriləcək.

Çempionluq Yolunda daha 6 cütdə qaliblər müəyyənləşəcək. Liqa Yolunda isə öz ölkələrində yüksək yerlər tutan komandalar 4 cütdə yarışacaqlar.

UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi
Çempionluq Yolu

"Şkendiya" (Şimali Makedoniya) - “Qarabağ” (Azərbaycan)
"Malmö" (İsveç) - "Kopenhagen" (Danimarka)
"Kayrat" (Qazaxıstan) - "Slovan" (Sloveniya)
"Lex" (Polşa) - "Srvena Zvezda" (Serbiya)
"Dinamo" (Kiyev, Ukrayna) - "Pafos" (Kipr)
"Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan)

Liqa Yolu
"Zaltsburq" (Avstriya) - "Brügge" (Belçika)
"Reyncers" (Şotlandiya) - "Viktoriya Plzen" (Çexiya)
"Nitsa" (Fransa) - "Benfika" (Portuqaliya)
"Feyenord" (Niderland) - "Fənərbaxça" (Türkiyə)

Qeyd edək ki, mərhələnin ilk oyunları avqustun 5-6-da, cavab oyunları isə ayın 12-də keçiriləcək.

İdman.biz

Seçilən
33
1
idman.biz

3Mənbələr