Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizliyin təminatıməqsədilə bəzi mis məhsullarının idxalına 50 faiz rüsum tətbiqedilməsi barədə sərəncam imzalayıb.
Trend-in Ağ Evinyaydığı açıqlamaya istinadla verdiyi məlumata görə, yeni tarifləravqustun 1-dən etibarən qüvvəyə minəcək və yarımfabrikat misməhsulları, eləcə də böyük miqdarda mis tərkibli malları əhatəedəcək. Eyni zamanda mis qırıntıları, konsentratlar, katodlar vəanodlar kimi xammal məhsulları bu tariflərə daxil edilməyəcək.
Sərəncamın məqsədi yerli mis sənayesini dəstəkləməkdir. Buçərçivədə ABŞ-da istehsal olunan yüksəkkeyfiyyətli misqırıntılarının ən azı 25 faizinin daxili bazarda satışının təminedilməsi tələb olunur.