BAKI. 31 iyul. TELEQRAF
Milli Basketbol Assosiasiyasının (NBA) bir neçə klubunun keçmiş oyunçusu Gilbert Arinas yeraltı qumar biznesi təşkil etməkdə şübhəli bilinərək saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə Kaliforniya Mərkəzi Dairə Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Arinas 2021-ci ilin sentyabrından 2022-ci ilin iyuluna qədər qeyri-qanuni yüksək “stavka”lı poker oyunları keçirmək üçün malikanəsini icarəyə verib. Basketbolçu ilə birlikdə bir neçə İsrail vətəndaşı da həbs edilib.
Qeyd edək ki, 43 yaşlı Arinas NBA-da “Golden State”, “Vaşinqton”, “Orlando” və “Memfis” klublarında çıxış edib.