ABŞ İrana qarşı 7 il ərzində ən genişmiqyaslı sanksiyaları, o cümlədən Tehran tərəfindən nəzarət olunan beynəlxalq gəmiçilik şəbəkəsinə, həmçinin onlarla şirkət və gəmilərə qarşı sanksiyalar tətbiq edib.
"Report"un məlumatına görə, bu barədə "Bloomberg" agentliyi xəbər verib.
"ABŞ Maliyyə Nazirliyi son 7 il ərzində İrana qarşı ən geniş miqyaslı sanksiyaları tətbiq edib. Ali rəhbər Ayətullah Əli Xameneinin baş müşavirinin oğlu Hüseyn Şamxani və onun biznes imperiyasındakı onlarla şəxs, şirkət və gəmilər sanksiyalara məruz qalıb", - nəşrdə qeyd olunur.
Qeyd olunur ki, bu tədbirlər Avropa İttifaqının Şamxani və onun bir neçə şirkətinə qarşı sanksiyalar tətbiq etməsindən, həmçinin ABŞ prezidenti Donald Trampın Tehrana qarşı məhdudiyyətlərin sərtləşdirilməsi ilə bağlı "qeyri-müəyyən siqnallar" göndərməsindən bir həftə sonra qəbul edilib.