Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonla İslamabad arasındaPakistanın nəhəng neft ehtiyatlarının birgə işlənməsi barədə sazişimzalandığını bildirib.
Trend-inməlumatına görə, bu barədə Donald Tramp “Truth Social” sosialşəbəkəsində paylaşım edib.
“Biz indicə Pakistanla bir saziş imzaladıq. Bu sənədə əsasən,Pakistan və Birləşmiş Ştatlar onların böyük neft ehtiyatlarınınişlənməsi üzrə birgə əməkdaşlıq edəcəklər. Hazırda bu tərəfdaşlığarəhbərlik edəcək neft şirkətini seçirik. Kim bilir, bəlkə bir günonlar Hindistana neft satacaqlar”, – deyə Tramp qeyd edib.
Qeyd edək ki, Tramp daha əvvəl avqustun 1-dən Hindistana qarşı25 faiz gömrük rüsumlarının tətbiq ediləcəyini elan etmişdi. Buqərarın səbəblərindən biri Hindistanın Rusiya enerji daşıyıcılarınıalması ilə əlaqələndirilir.