AZ

Rusiyada Alyaska iddiaları yenidən baş qaldırır

BAKI, 31 iyul. TELEQRAF

Rusiyanın AlyaskaYa ABŞ-dƏn daha çox tarixi hüquqları var.

Teleqraf xəbər verir ki, bunu Rusiya Tarix Cəmiyyətinin Zaporojye vilayəti üzrə Şurasının rəhbəri Vladimir Roqov deyib.

Amerikalı polkovnik-leytenant Cefri Fritsin Rusiyadan Komandir adalarının alınmasının məqsədəuyğunluğu ilə bağlı son bəyanatını şərh edən V.Roqov qeyd edib ki, Vaşinqton Komandir adalarını almaq deyil, Alyaskanı satıb geri qaytarmaq barədə düşünməlidir.

Onun fikrincə, Rusiyanın Alyaskada ABŞ-dan daha çox tarixi hüquqları var və bu ərazidə ilk sivilizasiyalı insanlar əsarət, soyqırım və sərvət çıxarma yox, mədəniyyət, sülh və əmin-amanlıq gətirən ruslardır.

V.Roqovun fikrincə, Qərb siyasətçiləri Rusiyanın öz ərazilərini alqı-satqı etmədiyini birdəfəlik ağlına gətirməlidir.

Seçilən
22
teleqraf.com

1Mənbələr