AZ

Bu məşhur qəflətən paltardəyişmə otağına girdi, Benzema şoka düşdü – VİDEO

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun paltardəyişmə otağında məşqdən sonra inanılmaz mənzərə yaşanıb.

Publika.az xəbər verir ki, “Sürətli və Qəzəbli” franşizasının ulduzu Vin Dizel gözlənilmədən otağa girib və motivasiya xarakterli çıxış edib.

Xarizması və əsl alfa-qəhrəman rolları ilə tanınan Hollivud aktyoru qəfildən klubun paltardəyişmə otağına daxil olub və futbolçulara emosional müraciət edib. Oyunçular açıq-aydın şoka düşdülər: heç kim belə bir görüşü gözləmirdi.

Hətta “Qızıl top”un qalibi və komandanın ulduzu Kərim Benzema da bu çıxışı açıq-aşkar çaşqınlıqla izləyib. Amma Dizel o qədər inandırıcı və səmimi danışıb ki, nitq bitdikdən sonra paltardəyişmə otağında gurultulu alqış sədaları eşidilib.

Seçilən
16
publika.az

1Mənbələr