AZ

“Mercedes-Benz”in mənfəəti yarıdan çox azalıb

Bakı. Trend:

“Mercedes-Benz” şirkəti 2024-cü ilin birinci yarısında ciddimaliyyə itkisi ilə üzləşib.

Trend-in “Bild”qəzetinə istinadla verdiyi məlumata görə, konsernin xalis mənfəətiötən ilin eyni dövrü ilə müqayisədə 55,8 faiz azalaraq 6,1 milyardavrodan 2,7 milyard avroya enib.

Şirkətin ümumi gəliri də 8,6 faiz azalaraq 72,6 milyard avrodan66,4 milyard avroya düşüb. “Mercedes-Benz” bu azalmanı gömrükrüsumları, satışların zəifləməsi və daxili səmərəlilik tədbirləriilə əlaqələndirib.

Qeyd olunur ki, konsern ötən ili də zəif göstəricilərlə başavurmuşdu:

Xalis mənfəət 28 faiz azalaraq 10,4 milyard avroya,

İllik gəlir isə 4,5 faiz azalaraq 145,6 milyard avroyadüşmüşdü.
Bunun əsas səbəbi kimi Çin bazarında satışların zəifləməsigöstərilir.

Şirkət rəhbərliyi vəziyyəti sabitləşdirmək və mənfəəti artırmaqüçün bu ilin fevralında qənaət proqramı təqdim edib. Proqramaəsasən:

2027-ci ilədək istehsal xərcləri 10 faiz,

Material və sabit xərclər isə əlavə 10 faiz azaldılacaq.

“Mercedes-Benz” bu tədbirlərlə yaxın illərdə maliyyədayanıqlığını bərpa etməyi hədəfləyir.

Seçilən
25
az.trend.az

1Mənbələr